...

Azərbaycan regional planlaşdırmanı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 15:25 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarında məhsuldar qüvvələrin regional planlı yerləşdirilməsi, təbii istifadə və ərazi təşkili sxemləri üzərində işlər aparır.
Azərbaycan regional planlaşdırmanı genişləndirir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarında məhsuldar qüvvələrin regional planlı yerləşdirilməsi, təbii istifadə və ərazi təşkili sxemləri üzərində işlər aparır. Trend-in məlumatına görə, bu barədə komitənin sədr müavini Dövlətxan Dövlətxanov bazar ertəsi rəsmi mətbuatda dərc olunmuş müsahibəsində bildirib.

"İlk üç rayon üzrə sxemlər 2012-ci ildə hazır olmalıdır. Onlar artıq müvafiq olaraq 40, 50 və 50 faiz yerinə yetirilib. Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarının sxemləri üzrə işlər gələn il başa çatmalıdır, onlar üzrə işlər 30 faiz yerinə yetirilib", - Dövlətxanov deyib.

Onun sözlərinə görə, Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Balakən və Neftçala şəhərlərinin baş planları hazırlanır.

"Komitə Gəncə və Şəkinin baş plan layihələrini cari ildə təhvil vermək fikrindədir", - Dövlətxanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti