...

"Azərbaycan Hava Yolları"nın sərnişinləri baqaj üçün bir pulsuz yer əldə edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 19:10 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC aviasiya şirkətinin beynalxalq istiqamətlərində qeydiyyatdan keçirilən baqajın yeni daşınma normasının yerlərin miqdarına görə hesablanması üzrə sadələşdirilmiş siyasət tətbiq edir.
"Azərbaycan Hava Yolları"nın sərnişinləri baqaj üçün bir pulsuz yer əldə edə bilərlər

Azərbaycan, Bakı, 21 fevral /Trend/

"Azərbaycan Hava Yolları" QSC aviasiya şirkətinin beynalxalq istiqamətlərində qeydiyyatdan keçirilən baqajın yeni daşınma normasının yerlərin miqdarına görə hesablanması üzrə sadələşdirilmiş siyasət tətbiq edir.

Trend-in çərşənbə axşamı QSC-nin saytına istinadən yaydığı məlumata görə, indi biznes sinfi ilə səyahət edən sərnişinlər ağırlığı 32 kq-dan artıq olmayan baqaj üçün iki yer ala biləcəklər.

Ekonom sinif sərnişinləri isə ağırlığı 23 kq artıq olmayan baqaj üçün bir pulsuz yer əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti