...

Üç il ərzində Azərbaycanda qanun pozuntularına görə vergilər xidmətindən 36 nəfər azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 13:47 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi bütün ölkəni vergiödəyicilərin xidmət mərkəzləri ilə əhatə etməyi planlaşdırır.
Üç il ərzində Azərbaycanda qanun pozuntularına görə vergilər xidmətindən 36 nəfər azad edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi bütün ölkəni vergiödəyicilərin xidmət mərkəzləri ilə əhatə etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin məsləhətçisi Günay Cəfərli "Şəffaflıq və müasir texnologiyların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda cümə axşamı keçirilən ictimai müzakirələr zamanı bildirib.

"Hazırda respublikada 31 belə mərkəz fəaliyyət göstərir" , - Cəfərli bildirib.

Onun sözlərinə görə, nazirlik öz elektron xidmətlərini təkmilləşdirməyi də davam etdirir.

"Biz yaxın müddətdə vergi ödənişlərini və dövlət rüsumlarını elektron variantda qəbul etməyi planlaşdırırıq" , - Cəfərli qeyd edib.

Onun sözlərinə görə, nazirlik kadr potensialının inkişafına da böyük diqqət ayırır.

"Bu gün Vergilər Nazirliyinin işçilərinin yarısının yaşı 40-dan azdır. Bu günə qədər işçilərin dörd attestasiyası keçirilib, onlar əsasında 93 nəfər işdən azad edilib, dördünün rütbəsi aşağı salınıb, 76 nəfər isə təkrar attestasiyaya göndərilib" , - Cəfərli bildirib.

2009-11-ci illərdə etik davranış qaydalarının pozuntusuna görə, nazirliyin 6 əməkdaşı xəbərdarlıq alıb, 10 nəfərə töhmət, 14 nəfərə şiddətli töhmət verilib, 9 nəfərin rütbəsi, 5 nəfərin isə vəzifəsi aşağı salınıb. Bu dövr ərzində yol verilən qanun pozuntularına görə, 36 nəfər işdən azad edilib, 12 nəfərin rütbəsi isə bir pillə aşağı salınıb. Məcəllə 2005-ci ildə təsdiq edilib, onun yeni redaktəsi isə 2008-ci ildə qəbul edilib.

"Şəffaflıq və müasir texnologiyların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda müzakirələr Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Vergilər Nazirliyi tərəfindən təşkil edilib.

Müzakirələrdə çıxış edən Milli Məclisin Hüuq siyasət komitəsinin sədri, millət vəkili Əli Hüseynli korrupsiya ilə mübarizə sahəsində qəbul edilən normativ-hüquqi aktların vacibliyindən, o cümlədən etik davranış qaydaları haqqında danışıb.

"Vergilər Nazirliyi elektron xidmətlərin tətbiqi sahəsində dövlət strukturları arasında liderdir", - Hüseynli qeyd edib.

Xəbər lenti

Xəbər lenti