Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E. İsmayılov/
Kür çayının üzərində, Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yerləşən körpü avtomobil nəqliyyatı vasitələrinin hərəkəti üçün yaxın vaxtlarda açılacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyindəki mənbə bildirib.
"İşlər yaxın günlərdə və ya həftədə tam başa çatdırılacaq", - mənbə qeyd edib.
Yanvarda Kür çayı üzərindəki körpü əsaslı təmirə bağlanıb.
Bu körpüdə əsaslı təmirin aparılması zərurətinin əsas səbəbi odur ki, onun üzərindən iritonnajlı avtomobillər keçir. Körpü dəfələrlə bərbad vəziyyətə düşüb və orada təmir işləri aparılıb.