Ernst & Young şirkəti Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə MDB-də ilk dəfə Azərbaycanın bank sektoru üçün MHBS-nın maliyyə alətləri və konsolidasiya ilə bağlı yeni tələbləri haqqında xüsusi seminar keçirdi.
Qlobal maliyyə böhranına və əlaqəli maliyyə hesabatlarının hazırlanması məsələlərinə cavab olaraq, Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası 39 saylı MUBS "Maliyyə alətləri: Tanınma və ölçülmə" kimi bir sıra standartların dəyişdirilməsi və əvəz edilməsi üçün səylərini sürətləndirib. Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) çərçivəsində bu dəyişikliklər, şübhəsiz ki, banklara və maliyyə bazarlarının digər qurumlarına əhəmiyyətli təsir göstərəcək.
Bununla əlaqədar olaraq, 1-2 mart 2012-cu ildə Ernst & Young şirkəti Azərbaycan Mərkəzi Bankı ilə birlikdə Azərbaycanın bank sektoru üçün yeni MHBS tələbləri üzrə seminar keçirmişdir. Xüsusilə, MHBS-nın təsnifat, qiymətləndirmə və maliyyə alətlərinin dəyərsizləşməsi, eləcə də konsolidasiya sahəsində yeni tələbləri işıqlandırılmışdır. Seminar Ernst & Young şirkətinin Moskva və Paris ofislərinin mütəxəssisləri tərəfindən keçirilmiş və seminarda, Azərbaycan Respublikası kommersiya banklarının və Azərbaycan Respublikası Mərkəzi Bankının bölmələrinin nümayəndələri iştirak edmişdir.
"Azərbaycan iqtisadiyyatının sürətli inkişafını və beynəlxalq inteqrasiyasını nəzərə alaraq, ölkənin kommersiya bankları dünya maliyyə bazarının aparıcı meyllərinə uyğunlaşmalıdırlar. Belə meyllərdən biri yeni maliyyə uçotu standartlarının və qaydalarının tətbiqi, kredit təşkilatlarının mühasibat uçotu və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi və işçi heyətin inkişafı vasitəsilə məlumatın şəffaflığının artırılmasıdır" - Ernst and Young şirkətinin Moskva ofisinin Biznes Məsləhət Xidmətləri üzrə İcraçı direktoru Elnur Mustafayev belə hesab edir. O, bildirdi: "Ümid edirik ki, seminar Azərbaycanın bank sektoru üçün aktual olmuş və vaxtında keçirilmişdir. Bu məqsədlə biz Ernst & Young şirkətinin qabaqcıl təcrübəsindən istifadə etdik və Qərb təcrübəmizin aparıcı mütəxəssislərini cəlb etdik".
Çarlz Morel, Ernst & Young şirkətinin Maliyyə uçotu üzrə məsləhətlər xidmətlərinin Partnyoru, EMEIA (Avropa, Yaxın Şərq, Hindistan və Afrika) regionunda MHBS-nın tətbiqi üçün məsuliyyət daşıyan şəxs, öz təcrübəsi ilə bölüşdü: "Bəzi standartlar hələ yekunladırılmasa da, banklar, yeni qaydaların qəbul edilməsinə əhəmiyyətli vaxtın tələb olunmasını nəzərə alaraq, yeni qaydaların əməliyyat və biznes təsirini artıq başa düşməlidirlər. Müxtəlif dəyişikliklər arasında, Azərbaycandakı banklara yeni dəyərsizləşmə qaydalarının (gözlənilən zərər modelinə keçid) daha çox təsir göstərməsi ehtimal edilir."
Auditoriya nümayiş etdirilmiş məlumatlara, təqdim edilmiş təlim materiallarına və bu cür faydalı tədbirin keçirilməsində dəyərli töhfəsinə görə Ernst & Young-a minnətdar olmuşdur.
Ülvi Mənsurov, Azərbaycan Respublikası Beynəlxalq Bankının mühasibat uçotu və büdcə proqnozları departamentinin Direktor müavini, demişdir: "Seminarın mövzusu hazırkı gündə ən aktual mövzulardan biridir. MHBS-na hazırda edilən dəyişikliklər maliyyə uçotu və təhlilinin ümumi metodologiyasına əhəmiyyətli təsir göstərəcəkdir. Mən həmçinin Ernst & Young şirkətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına MHBS-la bağlı mühüm yenilikləri işıqlandırmış bu seminarın hazırlanması və vaxtında keçirilməsinə görə təşəkkürümü bildirmək istərdim."
İndira Həsənova, YapiKredi Bankının Baş Maliyyə Direktoru demişdir: "Bu mənim son iki ildə iştirak etdiyim Ernst & Young tərəfindən təşkil olunmuş beşinci tədbirdir (təlim və seminarlar sırasında). Ernst & Young şirkətinin Azərbaycanın maliyyə institutlarının MHBS-da aparılan son yeniliklər və dəyişikliklərə uyğunlaşdırılmasına yönəlmiş səylərini mən çox yüksək qiymətləndirirəm. Mən həm natiqləri, həm də təqdim edilmiş təlim materiallarını bəyəndim. Ümid edirəm ki, bu ənənə bundan sonra da davam edəcəkdir."
Ernst & Young haqqında
Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə Minskdə yerləşən 18 ofisdə 4,000 peşəkar çalışır.
Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.
Ernst & Young Azərbaycanda
Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.