...

Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların illik proqnozunun 13 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2012 10:53 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) fevralda gömrük rüsümları və vergilərin yığılması sayəsində dövlət büdcəsinə 78,28 milyon manat köçürüb.
Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların illik proqnozunun 13 faizini təmin edib

Azərbaycan, Bakı, 10 mart / Trend, müxbir A.Axundov /

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) fevralda gömrük rüsümları və vergilərin yığılması sayəsində dövlət büdcəsinə 78,28 milyon manat köçürüb. Trend-in məlumatına görə, bu barədə cümə günü DGK-nın saytında dərc olunan məlumatda deyilir.

Fevralda gömrük rüsumlarından daxilolmalar 44,62 milyon manat, idxal edilən malların ƏDV-si 28,7 milyon manat, aksizlər üzrə 3,96 milyon manat, yol vergisi üzrə 0,992 milyon manat təşkil edib.

Ümumilikdə, iki ay ərzində DGK dövlət büdcəsinə 156,07 milyon manat köçürüb.

2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti