...

Azərbaycan-Çin işgüzar görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 18:16 (UTC +04:00)
Çin Xalq Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin işgüzar görüşü keçirilib.

Azərbaycan, Bakı, 16 mart /Trend/

Çin Xalq Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin işgüzar görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə tikinti və infrastruktur sahələrində fəaliyyət göstərən 50-ə yaxın Azərbaycan və Çin iş adamı iştirak edib.

Görüşdə AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva Azərbaycanın biznes və investisiya mühiti ilə bağlı təqdimatla çıxış edərək ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, həmçinin iş adamları arasında əməkdaşlığın perspektiv sahələri barədə məlumat verib.

Çin Xalq Respublikasının Beynəlxalq Kontraktorlar Assosiasiyasının sədr müavini Çi Çangai isə başçılıq etdiyi nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib.

Tədbir iş adamları arasında keçirilmiş ikitərəfli görüşlərlə başa çatıb.

Xəbər lenti

Xəbər lenti