...

"Azərbaycan Dəmir Yolları" Novruz bayram ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2012 10:35 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 15-20 əlavə vaqon qoşacaq.
"Azərbaycan Dəmir Yolları" Novruz bayram ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir A.Axundov/

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 15-20 əlavə vaqon qoşacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü QSC-nin yaydığı məlumatda deyilir.

Əlavə vaqonlar daxili reyslərdə hərəkət edən qatarlara martın 20-27-də qoşulacaq.

"Əlavə vaqonlar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına bayram günlərində hər gün qoşulacaq. Bu, sərnişin sıxlığının aradan qaldırılması üçün zəruridir", - məlumatda deyilir.

"Azərbaycan Dəmir Yolları" QSC bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

"Martın 20-27-də QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək", - məlumatda qeyd edilir.

QSC iş adamlarının nəzərinə çatdırır ki, bayram günlərində vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

Xəbər lenti

Xəbər lenti