...

Azərbaycan bankı "Pasha Bank" 2012-ci ildə beynəlxalq reytinq alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 12:47 (UTC +04:00)
Azərbaycan bankı "Pasha Bank" 2012-ci ildə beynəlxalq reytinq almaq niyyətindədir.
Azərbaycan bankı "Pasha Bank" 2012-ci ildə beynəlxalq reytinq alacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Axundov /

Azərbaycan bankı "Pasha Bank" 2012-ci ildə beynəlxalq reytinq almaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Axundov bankın 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Biz ilin sonunadək nüfuzlu beynəlxalq reytinq agentliklərinin reytinqlərini almaq fikrindəyik", - Axundov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə bank beynəlxaql arenada öz fəaliyyətinin aktivləşdirib və Gürcüstanda gələcəkdə filiala çevriləcək ilk nümayəndəliyini açıb.

"Pasha Bank Georgia" filialı cari ilin sonunadək işə başlayacaq", - Avundov deyib.

Onun sözlərinə görə, beynəlxalq bazarlara çıxış xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi, təcrübənin öyrənilməsi baxımından vacibdir.

Xəbər lenti

Xəbər lenti