...

Tvinninq layihəsinin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 18:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqı ilə birgə icra olunan "Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi" üzrə tvinninq layihəsinin rəhbər komitəsinin 3-cü iclası keçirilib.
Tvinninq layihəsinin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqı ilə birgə icra olunan "Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi" üzrə tvinninq layihəsinin rəhbər komitəsinin 3-cü iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, iclasda layihənin fəaliyyətinə ümumi baxış keçirilib, xüsusən ötən ilin 3-cü rübündə layihənin icrası istiqamətində əldə edilmiş inkişafı əks etdirən təqdimat nümayiş olunub. Tədbir zamanı, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması işlərinə cəlb olunmuş beynəlxalq ekspertlər tərəfindən gələcək planlar və layihə çərçivəsində nəzərdə tutulmuş növbəti addımlar barədə məlumatlar verilib.

Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri layihənin icrası nəticəsində əldə edilmiş nailiyyətlər, xüsusən Əməyin Müfafizəsi üzrə Şura, təlim kursları, monitorinq sistemi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri, layihənin rəhbəri Elnur Sultanov layihənin icrası işlərinin müvafiq beynəlxalq qurumlar tərəfindən də bəyənildiyini qeyd edib.

Sultanov məcburi əmək və uşaq əməyinin istismarı hallarının aşkar olunaraq aradan qaldırılması ilə bağlı bir sıra təqdirəlayiq işlərin görülməsinə baxmayaraq, belə halların aşkarlanması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət mexanizminin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini, uşaq əməyinin istismarı və məcburi əməyin aşkar olunması metodları ilə bağlı Avropa ekspertləri tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişlərinə təlimlər keçirilməsinin bu baxımdan faydalı ola biləcəyini vurğulayıb.

Layihənin direktoru Kristof Kasillas rüblük hesabatın keyfiyyətindən və layihə çərçivəsində görülən işlərdən məmnunluğunu bildirib. İclasda layihənin 3-cü aralıq hesabatının ilkin versiyası müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti