...

Azərbaycan ilə Ukrayna arasında aviareyslərin sayı artırılmalıdır – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 17:30 (UTC +04:00)
Bu ilin yayında Ukraynada futbol üzrə Avropa çempionatının keçirildiyi dövrdə Azərbaycan ilə Ukrayna arasında aviareyslərin sayını gün ərzində iki dəfəyədək artırmaq lazımdır.
Azərbaycan ilə Ukrayna arasında aviareyslərin sayı artırılmalıdır – nazir müavini

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Bu ilin yayında Ukraynada futbol üzrə Avropa çempionatının keçirildiyi dövrdə Azərbaycan ilə Ukrayna arasında aviareyslərin sayını gün ərzində iki dəfəyədək artırmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

"Reyslərin bugünkü sayı çox azdır. Həftədə dörd dəfə reys Ukraynada AÇ 2012-nin keçirildiyi dövrdə sərnişin axınının təmin olunması üçün açıq-aşkar kifayət deyil", - Mayko deyib.

Onun sözlərinə görə, futbol matçları Kiyev, Donetsk, Xarkov və Lvoda keçiriləcək və bütün bu istiqamətlər üzrə birbaşa reyslər olmalıdır.

"Biz Azərbaycandan böyük sayda azarkeş gözləyirik. [...] Və əgər hər iki aviaşirkət ("Azərbaycan Hava Yolları" və "Aerosvit") reysləri ən azı iki dəfə artırsa, bu, çox yerinə düşər", - Mayko deyib.

Xəbər lenti

Xəbər lenti