...

"Azərbaycan Hava Yolları" ABŞ-a daimi birbaşa reyslərin açılma tarixini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 18:22 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC 2014-cü ildə ABŞ-a daimi birbaşa reyslər açmaq niyyətindədir.
"Azərbaycan Hava Yolları" ABŞ-a daimi birbaşa reyslərin açılma tarixini açıqlayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC 2014-cü ildə ABŞ-a daimi birbaşa reyslər açmaq niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, ABŞ-a daimi aviareyslərin açılması 2012-ci ildən "Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı iki təyyarənin alınmasından sonra mümkün olacaq.

Səfərli onu da qeyd edib ki, çərşənbə axşamı ölkənin mülki aviasiya tarixində ilk dəfə olaarq QSC "Boeing-767" markalı təyyarələrin vasitəsilə Bakı-Vaşinqton kommersiya aviareysini reallaşdırıb. Təyyarə paytaxtdan yerli vaxtla saat 11:30-da uçub və 10 saatdan sonra Dallas aeroportuna (Vaşinqton) çatıb.

"Aviareys Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə reallaşdırılıb. Təyyarədə 38 işgüzar sərnişin olub", - Səfərli deyib.

Onun sözlərinə görə, təyyarə Bakıya aprelin 29-da yerli vaxtla saat 07:30-da gələcək. "Boeing-767" təyyarəsi QSC tərəfindən 2011-ci ilin yayında alınıb.

Xəbər lenti

Xəbər lenti