...

Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiya müddəti uzadıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 11:50 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiyası layihəsinin reallaşdırılması müddətini 2016-2017-ci ilədək uzatmaq fikrindədir.
Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiya müddəti uzadıla bilər

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiyası layihəsinin reallaşdırılması müddətini 2016-2017-ci ilədək uzatmaq fikrindədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

"2010-2014-cü illərdə Azərbaycanın dəmiryol sisteminin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolunun 317 kilometrlik hissəsinin rekonstrukdiyası nəzərdə tutulub", - Əsgərov deyib.

Bununla yanaşı, QSC rəhbəri bildirib ki, dəmir yolunun bu hissəsində işlərin həcmi nəzərdə tutulduğundan bir qədər böyükdür və ümumilikdə 800 kilometri əhatə edir.

Onun sözlərinə görə, 317 kilometrlik sahənin rekonstruksiyasının 2014-cü ilədək, yerdə qalan hissənin isə 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti