...

Azərbaycan və Rusiya arasında valyuta sövdələşmələrinə qarşılıqlı buraxılış haqqında razılıq əldə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 14:25 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) və Moskva Beynəlxalq Valyuta Assosiasiyası (MBVA) cümə günü Bakıda qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Azərbaycan və Rusiya arasında valyuta sövdələşmələrinə qarşılıqlı buraxılış haqqında razılıq əldə edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Axundov/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və Moskva Beynəlxalq Valyuta Assosiasiyası (MBVA) cümə günü Bakıda qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Trend-in məlumatına görə, saziş BBVB və MBVA-nın rəhbərləri Fərhad Əmirbəyov və Aleksey Mamontov tərəfindən imzalanıb.

Memorandumun mövzusu BBVB, MBVA-BEST (sövdələşmələrin birja elektron sistemi) və "Delta" ticarət sistemlərində sövdələşmələrdə iştirak üçün Azərbaycan və Rusiyanın maliyyə qurumlarına şərait yaratmaq məqsədilə tərəflərin bərabərliyinə əsaslanan əməkdaşlıqdır.

Sənədə əsasən, BBVB MBVA-nın Azərbaycanda və MBVA BBVB-nin Rusiyada yeganə tərəfdaşıdır.

MBVA pul bazarının alətləri vasitəsilə elektron ticarət prinsiplərinin tətbiqi sahəsində BBVB-yə məsləhətlər verəcək ki, bu da pul bazarının likvidliyi, şəffaflığı və alətlərin etibarlılığının yüksəldilməsinə kömək edəcək.

Memorandum çərçivəsində Azərbaycanın rezidentləri müvafiq müqaviləni bağlayaraq "Delta" ticarət sisteminə buraxılır və əksinə.

Tərəflər onu əsas götürürlər ki, memorandumda göstərilən məsələlər üzrə faktiki əməkdaşlıq ayrıca xüsusi sazişin mövzusu olmalıdır.

Bu memorandum imzalandığı gündən qüvvəyə minir və 12 ay ərzində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti