...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2012 15:08 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,2 faiz) ucuzlaşıb.Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7861 manat səviyyəsində müəyyən olunub.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 28 aprel / Trend, müxbir İ. Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,2 faiz) ucuzlaşıb.Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7861 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

16 aprel

0,7860

23 aprel

0,7860

17 aprel

0,7860

24 aprel

0,7861

18 aprel

0,7860

25 aprel

0,7861

19 aprel

0,7861

26 aprel

0,7861

20 aprel

0,7860

27 aprel

0,7862

Həftə ərzində orta

0,7860

Həftə ərzində orta

0,7861

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0007 bənd (0,07 faiz) ucuzlaşıb. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7858 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 23-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7860 AZN/USD səviyyəsində qalıb, aprelin 24-də 0,7858 AZN/USD məzənnə ilə $2 mln., aprelin 25-də 0,7854 AZN/USD məzənnə ilə $2,18 mln., aprelin 26-da 0,7861 AZN/USD məzənnə ilə $1,864 mln., aprelin 27-də 0,7861 AZN/USD məzənnə ilə $0,351 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

16 aprel

0,7855

23 aprel

0,7860

17 aprel

0,7855

24 aprel

0,7858

18 aprel

0,7860

25 aprel

0,7854

19 aprel

0,7860

26 aprel

0,7861

20 aprel

0,7860

27 aprel

0,7861

Həftə ərzində orta

0,7858

Həftə ərzində orta

0,7858

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti