...

Bakının Binəqədi rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 11:48 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.
Bakının Binəqədi rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 1 may / Trend, müxbir Ə.Həsənov /

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.

2012-ci il aprelin 27-də Binəqədi rayonunun Binəqədi qəsəbəsində keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir quşçuluq kompleksinin yaradılması;
- müasir ət kəsimi müəssisələrinin yaradılması;
- müxtəlif çeşidli dekorativ bitkilərin istixana şəraitində yetişdirilməsi;
- kiçik və orta həcmli un məmulatları istehsalı müəssisələrinin yaradılması.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti