...

Azərbaycan bankı "DəmirBank"ın müştəriləri xaricə səyahət əldə edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 10:52 (UTC +04:00)
"DəmirBank"ın müştəriləri 1 may - 31 avqust 2012-ci il tarixində Western Union sisteminin keçirdiyi "Heyrətləndirici dünya!" kampaniyasında iştirak edir. Trend-in məlumatına görə, bu barədə bankdan çərşənbə günü verilən məlumatda deyilir.
Azərbaycan bankı "DəmirBank"ın müştəriləri xaricə səyahət əldə edə bilər

Azərbaycan, Bakı, 2 may / Trend/

"DəmirBank"ın müştəriləri 1 may - 31 avqust 2012-ci il tarixində Western Union sisteminin keçirdiyi "Heyrətləndirici dünya!" kampaniyasında iştirak edir. Trend-in məlumatına görə, bu barədə bankdan çərşənbə günü verilən məlumatda deyilir.

Kampaniya çərçivəsində 10 müştəri hər biri 1000 manat məbləğində Xaricə Səyahət paketi qazanacaq. Qalib özünün seçdiyi istənilən ölkəyə turist paketi əldə edəcək. Həmçinin "DəmirBank"ın filiallarından xaricə köçürmə edən müştərilərə bloknot hədiyyə ediləcək.

Kampaniya 2 tirajdan ibarətdir: 1 may - 30 iyun və 1 may - 31 avqust tarixlərində köçürmə edənlər arasında keçiriləcək. Lotereya aksiyası kuponlar vasitəsilə həyata keçirilir və bu kuponlar 2 hissədən ibarətdir. Bir hissəsi müştəridə, digəri isə lotereyada iştirakı təmin etmək üçün əməliyyatçıda qalacaq.

"DəmirBank" ötən il də Western Union sistemi üzrə stimullaşdırıcı kampaniyada iştirak edib. Kampaniya çərçivəsində "DəmirBank"ın 2 müştərisi qalib olub və hər biri 1000 manat pul qazanıb. Pul köçürmələri üzrə müxtəlif kampaniyalar "DəmirBank"da pul köçürməsi edən və alan müştərilərə olan diqqətin göstəricisidir", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank"ın hazırda Bakı və regionlarda 31 filialı və şöbəsi təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.

Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti