...

Azərbaycanda bu il ipoteka kreditləşməsinə 30 milyon dollar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-aprel aylarında 23 milyon manat və ya təqribən 30 milyon dollar məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilin mayınadək - 368,86 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2012-ci ilin yanvar-aprel ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 26,53 milyon manat təşkil edib.

Bu ilin dörd ayı ərzində AİF 11 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Xəbər lenti

Xəbər lenti