Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteninin stansiyalarının perronlarında yerləşdirilmiş stansiyaların ardıcıllıq göstəriciləri elektron tablolarla əvəz edilir. Bu barədə cümə günü Trend-ə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva məlumat verib.
"Bəzi stansiyalarda artıq göstəricilərin daha müasir görünüşlü elektron tablolarla əvəz edilməsi işləri aparılıb. Metroda tətbiq edilən yenilik sərnişinlərin maksimum rahatlığının təmin edilməsi məqsədilə edilir", - Tanrıverdiyeva qeyd edib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyaya malikdir.