...

Bakıda təmiri başa çatan yolların siyahısı açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 12:22 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC (yolların tikintisi və istismarı) Bakı ərazisindəki avtomobil yollarının bir hissəsinin təmirini başa çatdıracaq.
Bakıda təmiri başa çatan yolların siyahısı açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov /

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC (yolların tikintisi və istismarı) Bakı ərazisindəki avtomobil yollarının bir hissəsinin təmirini başa çatdıracaq. Bu barədə cümə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, hazırda Yusif Vəzir Çəmənzəminli küçəsində (Səməd Vurğun küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək), Şəmsi Rəhimov, Rixard Zorge, Zərifə Əliyeva, Xaqani, Süleyman Rəhimov, Nizami, 28 May, Səfərəliyev, Zeynal Abdiyev, Teymur Əliyev, Əhməd Rəcəbli küçələrində (Ziya Bünyadov prospekti ilə kəsişmədən Y.V.Çəmənzəminli küçəsi ilə kəsişməyədək) və başqalarında təmir işləri başa çatıb.

Nizami küçəsindən Yusif Səfərov küçəsinədək uzunluğu 550, eni 9 metr olan yeni yol salınıb. Habelə bu yolla Üzeyir Hacıbəyov küçəsinə keçid imkanı yaradılıb. Bunun üçün 350 metr uzunluğa və 9 metr enə malik yol salınıb.

Bakının bəzi küçələrində təmir işləri davam edir. O cümlədən yolların asfalt örtüyü, səkilər, lyuklar dəyişdirilir. Bakı qəsəbələrində də yolların təmiri davam edir.

"Azəryolservis"in hazırladığı plana uyğun olaraq, görülən bütün işlər yaxın vaxtlarda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti