...

Azərbaycanda kommersiya ipoteka həcmlərinin azalması yeni strategiyanın hazırlanması ilə bağlıdır - Mərkəzi Bank

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2012 18:46 (UTC +04:00)
Azərbaycanda ipoteka kreditləşməsinin şərtlərinə yenidən baxılması yeni ipoteka proqramının hazırlığı ilə paralel həyata keçirilir.
Azərbaycanda kommersiya ipoteka həcmlərinin azalması yeni strategiyanın hazırlanması ilə bağlıdır - Mərkəzi Bank

Azərbaycan, Bakı, 8 may/Trend, müxbir A.Axundov/

Azərbaycanda ipoteka kreditləşməsinin şərtlərinə yenidən baxılması yeni ipoteka proqramının hazırlığı ilə paralel həyata keçirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Yeni ipoteka strategiyasının hazırlığı son mərhələdədir və hesab edirəm ki, bu ay onu başa çatdıracağıq", - Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, müvafiq strukturlarla razılaşdırıldıqdan sonra strategiya ölkə hökumətinə təqdim ediləcək.

"Hazırda ölkədə güzəştli ipoteka kreditləşməsi davam edir, kommersiya kreditləşməsinin həcmləri isə azalıb ki, bu da yeni strategiyanın hazırlanması ilə bağlıdır", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti