Azərbaycan, Bakı, 11 may /Trend/
Bakı Fond Birjasında birja rəhbərliyi və Azərbaycan qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə növbəti işçi görüş keçirilib.
Birjadan cümə günü Trend-ə verilən məlumata görə, görüşdə iştirakçılar qiymətli kağızların birja bazarında şəffaf qiymətin formalaşdırılması mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, bu cür görüşlər Bakı Fond Birjası tərəfindən mütəmadi şəkildə keçirilir.