Azərbaycan, Bakı, 11 may /Trend/
Bakıda Azərbaycan-Serbiya biznes forumu keçiriləcək.
Mayın 16-da keçiriləcək biznes forumda iştirak etmək üçün Serbiyanın Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin xüsusi müşaviri Rade Todoroviçin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Bu barədə cümə günü Trend-ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, yüngül, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, neft, turizm, konsaltinq və digər sektorları təmsil edən Serbiya iş adamları iştirak edəcək.
Biznes forumun təşkilatçısı kimi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) çıxış edir.