...

Daha bir Azərbaycan sığortaçısına müddətsiz lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2012 16:42 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Temz Sığorta Qrupu" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verib.
Daha bir Azərbaycan sığortaçısına müddətsiz lisenziya verilib

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) "Temz Sığorta Qrupu" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verib. Trend-in məlumatına görə, bu barədə DSNX-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Lisenziya mayın 18-də əvvəllər verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar verilib", - məlumatda deyilir.

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən bu günədək ölkədə fəaliyyət göstərən 29 sığorta şirkətindən (o cümlədən bir təkrar sığorta şirkətinə) 19-na sığorta fəaliyyəti üçün müddətsiz lisenziya verib.

Xəbər lenti

Xəbər lenti