...

Dağıstandakı partlayış Azərbaycan-Rusiya qatarlarının hərəkətinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2012 11:34 (UTC +04:00)
Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayış Azərbaycanla Rusiya arasında dəmir yolunda hərəkətə mane olmayıb.
Dağıstandakı partlayış Azərbaycan-Rusiya qatarlarının hərəkətinə təsir etməyib

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.İsmayılov/

Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayış Azərbaycanla Rusiya arasında dəmir yolunda hərəkətə mane olmayıb. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Rusiya KİV-inin məlumatına görə, cümə axşamı səhər Dağıstanda naməlum şəxslər yük qatarını partladıblar. Zərərçəkən yoxdur. Moskva vaxtı ilə saat 07:55-də dəmir yolunun İnçxe-İzberbaş mənzilində yük qatarının 30-cu vaqonu altında partlayıcı qurğu işə düşüb, qatar relsdən çıxmayıb.

Əzməmmədovun sözlərinə görə, bu gecə Tümen-Bakı reysi Bakıya daxil olub, yerli vaxtla səhər saat 06:00-da paytaxtdan çıxıb.

"Bu günə başqa reyslər planlaşdırılmayıb, Dağıstan ərazisində baş verənlər isə dəmir yol nəqliyyatına təsir etməyib", - o deyib.

Xəbər lenti

Xəbər lenti