...

"FINCA Azerbaijan"ın Masallı filialında kassa açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 14:00 (UTC +04:00)
Müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilməsi üçün "FINCA Azerbaijan"ın cənub regionunda fəaliyyət göstərən Masallı filialında iyunun 18-dən etibarən nağd kassa işə başlayıb.
"FINCA Azerbaijan"ın Masallı filialında kassa açıldı

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilməsi üçün "FINCA Azerbaijan"ın cənub regionunda fəaliyyət göstərən Masallı filialında iyunun 18-dən etibarən nağd kassa işə başlayıb.

Təşkilatdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2011-ci ilin 1 iyun tarixindən fəaliyyət göstərən Masallı filialı 4000 nəfərdən artıq müştəriyə, əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan sahibkarlara kredit məhsullarını təqdim edərək onların həyat səviyyəsini artırmağa və şəxsi bizneslərini inkişaf etdirməyə dəstək olur. Hazırda filialın kredit portfeli 4 470 000 ABŞ dolları təşkil edir.

Filiala müraciət edən şəxslər Kənd Kredit Qrupu Məhsulu, Həmrəy Kredit Qrupu Məhsulu, FINCA Expres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Fermer Krediti, Kənd Təsərrüfatı Ticarəti üzrə Kredit məhsullarını əldə edə bilərlər.

Qeyd edək ki, "FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 subfilialı vasitəsilə 120 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti