...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmi saytı yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 14:33 (UTC +04:00)
Nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmi saytı - www.niim.az fəaliyyətə başlayıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmi saytı yenilənib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəsmi saytı - www.niim.az fəaliyyətə başlayıb.

Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, sayt vasitəsilə istifaçilər NİİM-in fəaliyyəti və iş prinsipi haqqında məlumat əldə edə bilər. Burada yollardakı mövcüd vəziyyətdən, nəqliyyat vasitələrinin hərəkət sürəti, nəqliyyat axınlarının intensivliyi, tıxacların yarandığı sahələr və tıxacın uzunluğu haqqında operativ və dəqiq informasiyanı əldə edə bilərlər. Həmçinin, rəqəmsal xəritə üzərində avtobus marşrutları və dayanacaqları, avtobusun dayanacağa çatma vaxtı və transfer barədə məlumat almaq, statistik göstəricilərdən, yeniliklərdən və xəbərlərdən agah olmaq mümkündür.

Sayt hazırda iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Bu isə öz növbəsində ölkəmizə təşrif buyurmuş turistlərin işini xeyli asanlaşdırmış olur. Saytın əsas səhifəsində paytaxtın xəritəsi interaktiv olaraq yenilənir və bu, istifadəçiyə istənilən zaman sayta daxil olarkən nəqliyyatın son vəziyyəti barədə məlumat almaq imkanı yaradır.

Qeyd edək ki, saytda Mərkəzin fəaliyyəti haqqında sualları cavablandırmaq və əlavə məlumat əldə etmək üçün sual-cavab, istifadəçi təlimatı və əlaqə bölmələri yaradılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.

Əlavə məlumat üçün: 141 "qaynar xətt" və rəsmi internet səhifə www.niim.az

Xəbər lenti

Xəbər lenti