...

Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 13:21 (UTC +04:00)
Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri + 110 Şərq su anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş 4 kilometr uzunluğunda 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində fasilələr olacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ə.Həsənov/

Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhəri + 110 Şərq su anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş 4 kilometr uzunluğunda 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bununla əlaqədar iyun ayının 22-23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bəzi yerlərinə - Sülh, M.Gəncəvi, Mehmandarov, N.İsmayılov, S.Qocayev, E.Xəlilov, S.Vurğun, M.Fətəliyev küçələrinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti