...

Azərbaycanda vergilərin elektron ödənişi daxilolmaların 0,7 faizini təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 17:13 (UTC +04:00)
Azərbaycanda vergilərin elektron ödənişinə başlanandan, yəni cari ilin aprel ayının ortalarından iyul ayına kimi dövlət büdcəsinə 20,9 milyon manatdan yuxarı məbləğdə vəsait ödənilib.
Azərbaycanda vergilərin elektron ödənişi daxilolmaların 0,7 faizini təmin edir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda vergilərin elektron ödənişinə başlanandan, yəni cari ilin aprel ayının ortalarından iyul ayına kimi dövlət büdcəsinə 20,9 milyon manatdan yuxarı məbləğdə vəsait ödənilib. Trend-in məlumatına görə, bu barədə ölkənin Vergilər Nazirliyinin rəsmi mətbu orqanı olan "Vergilər" qəzetində dərc olunmuş məlumatda deyilir.

2012-ci ilin birinci yarısında Azərbaycanın Vergilər Nazirliyi dövlət büdcəsinə daxilolmalar üzrə proqnozları 16 faiz artıqlaması ilə yerinə yetirərək 2,968 milyard manat səviyyəsində vergi yığımı üzrə daxilolmaları təmin edib.

Hesabat dövründə ƏDV depozit hesabına 995,7 milyon manat vəsait daxil olub, bu hesabın daxilində vergi ödəyiciləri tərəfindən 467 mindən çox köçürmə əməliyyatı aparılıb. Bu müddət ərzində depozit hesabında qalıqlar nəzərə alınmaqla vergi ödəyiciləri tərəfindən ƏDV depozit hesabı vasitəsilə büdcəyə ödənilən (DGK-nın göstəriciləri də daxil olmaqla) vergi məbləği 1,173 milyard manat təşkil edib.

Yanvar-iyun aylarında vergi orqanları tərəfindən kameral yoxlamalarla 128,9 milyon manat əlavə vəsait hessablanıb ki, bu da ümumi hesablamanın (2,77 milyard manat) 4,7 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti