...

Azərbaycan bazarı Macarıstanın tikinti şirkətləri üçün cəlbedicidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 15:09 (UTC +04:00)
Azərbaycan bazarı Macarıstanın tikinti şirkətləri üçün cəlbedicidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakıda Macarıstanın dövlət katibi, birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyarto bildirib.
Azərbaycan bazarı Macarıstanın tikinti şirkətləri üçün cəlbedicidir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan bazarı Macarıstanın tikinti şirkətləri üçün cəlbedicidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakıda Macarıstanın dövlət katibi, birgə hökumətlərarası komissiyanın həmsədri Peter Siyarto bildirib.

"Macarıstan yeni xarici siyasət - Şərqə çıxış siyasəti yürüdür. Bu siyasət çərçivəsində Azərbaycanla strateji tərəfdaşlığa çalışırıq", - Siyarto deyib.

Onun sözlərinə görə, Azərbaycanda infrastrukturun inkişafına iri investisiyaların qoyulması müşahidə edilir, halbuki indi Avropanın tikinti sektoru çox ağır vəziyyətdədir.

"Buna görə də biz Macarıstanın tikinti şirkətlərinin Azərbaycanda işləmək üçün imkan əldə etmələrində birmənalı olaraq maraqlıyıq", - dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, Macarıstanın kənd təsərrüfatı sektorunda xeyli iş təcrübəsi var və bu sahədə Azərbaycanla əməkdaşlıq üçün böyük imkanlar görür.

"Macarıstana Mərkəzi Avropanın ən böyük enerji strukturu olan MOL şirkətinin hüquqlarının bir hissəsi məxsusdur. Biz MOL şirkətinin ayrı-ayrı layihələri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlıq etməyə hazırıq", - Siyarto vurğulayıb.

Macarıstanda Mərkəzi Asiya və Şərqi Avropada su təsərrüfatı sahəsində tanınan bir çox şirkətlər də var.

"Mən bu şirkətlərin Azərbaycanda fəaliyyətinin perspektivlərini müsbət qiymətləndirirəm. Macarıstan müalicəvi mənbələrlə - termal sularla çox zəngindir və buna görə də Azərbaycan investorlarını müalicəvi turizm sahəsində görməyi çox istərdik", - dövlət katibi deyib.

Onun sözlərinə görə, bundan başqa, Macarıstan və Azərbaycan gələn ilin sentyabrından Macarıstanın ali məktəblərinin 200 azərbaycanlı tələbəni qəbul edəcəyi ilə bağlı sazişi imzalamağa hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti