...

Azərbaycanın investisiya imkanları türkiyəli iş adamlarına təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2012 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Türkiyənin "ASKON" təşkilatına daxil olan, yüngül və qida sənayesi, inşaat, mebel, İKT və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın şirkətin nümayəndəsi ölkəmizdə səfərdədir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə şirkətləri ilə görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə AZPROMO tərəfindən türkiyəli qonaqlara Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb. Qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.

Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə geniş məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb, həmçinin AZPROMO tərəfindən Türkiyə şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da dəstək göstəriləcəyi vurğulanıb.

Azərbaycana səfər çərçivəsində Türkiyə şirkətləri bir sıra görüşlər keçirib, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti