...

Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 16:57 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 38 ünvanındakı "Milla market"də 33 çeşiddə ümumi çəkisi 38 kq, Dəmiryol meydanında Fuad Həmidova məxsus mağazada 35 çeşiddə ümumi çəkisi 84 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar satışdan çıxarılaraq məhv edilib.
Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan,Bakı, 7 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 38 ünvanındakı "Milla market"də 33 çeşiddə ümumi çəkisi 38 kq, Dəmiryol meydanında Fuad Həmidova məxsus mağazada 35 çeşiddə ümumi çəkisi 84 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bundan başqa, bu mağazalarda satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Bununla əlaqədar, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti