...

Azərbaycan Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyasının fəal iştirakçısı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 11:06 (UTC +04:00)
Nəqliyyat sektoru Bakının da aid olduğu iri və böyüyən şəhərlərdə hərəkətin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyasının fəal iştirakçısı olub (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend, müxbir A.Axundov /

Nəqliyyat sektoru Bakının da aid olduğu iri və böyüyən şəhərlərdə hərəkətin təmin olunmasında mühüm rol oynayır.

Trend-in məlumatına görə, bu barədə "Azərtunelmetrotikinti" SC-nin sədri Şaiq Əfəndiyev bazar ertəsi Bakıda açılan "Tunel tikintisi və meqapolislərdə yeraltı infrastruktur" adlı beynəlxalq sərgi-konqresdə bildirib.

Onun sözlərinə görə, yeraltı məkanın mənimsənilməsi hazırkı şəraitdə çox vacibdir. Yerin altında ticarət mərkəzlərinin, kinoteatrların və xidmət sahəsi üzrə başqa obyektlərin yaradılması aktualdır.

Yeraltı məkanın mənimsənilməsində böyük rol yeni metro xətlərinin çəkilməsinə aiddir. Azərbaycanda yeni metro stansiyalarının yaradılmasına və xətlərin genişləndirilməsinə böyük diqqət ayrılır ki, Bakı Metropoliteninin inkişafının 20 illik dövlət proqramının təsdiqlənməsi də buna sübutdur.

Onun sözlərinə görə, Beynəlxalq Tunel və Yeraltı İnfrastruktur Assosiasiyasının rəhbəri İn Mo Li konqresin açılışı zamanı bildirib ki, Azərbaycanın Tunel Tikintisi Assosiasiyası il yarım bundan əvvəl beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilsə də, bu qısa müddət ərzində onun aktiv iştirakçısı olmağa macal tapıb. Belə mühüm tədbirin Bakıda keçirilməsi buna sübutdur.

Konqresin Bakıda keçirilməsi təşkilat üzvləri arasında əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək, bu sahənin sonrakı inkişafı prosesində yaxşı nəticələrə nail olmağa şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti