...

İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı 32 minə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 20:01 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını avqust ayında 8 minə yaxın internet istifadəçisi ziyarət edib.
İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı 32 minə çatıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını avqust ayında 8 minə yaxın internet istifadəçisi ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, internet istifadəçilərinin 300-dən çoxu ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstriya, Rusiya, Koreya, Türkiyə, İsveçrə, Belçika, Norveç, İrlandiya, İspaniya kimi ölkələrdəndir. Ümumilikdə isə, indiyədək portalın fəaliyyətindən 32 minə yaxın internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilir.

Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

Xəbər lenti

Xəbər lenti