...

Microsoft Office 2010 Standard və Microsoft Office 2010 Professional proqramları kiçik və orta sahibkarlara 25 faiz endirimlə təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 12:52 (UTC +04:00)
Microsoft Azərbaycan şirkəti kiçik və orta sahibkarlara proqram təminatının alınması üçün xüsusi təklif kampaniyasına başlayır.
Microsoft Office 2010 Standard və Microsoft Office 2010 Professional proqramları kiçik və orta sahibkarlara 25 faiz endirimlə təklif olunur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Microsoft Azərbaycan şirkəti kiçik və orta sahibkarlara proqram təminatının alınması üçün xüsusi təklif kampaniyasına başlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2012-ci ilin sentyabrından etibarən Azərbaycan şirkətləri Microsoft Office 2010 Standard və Microsoft Office 2010 Professional proqramlarını 25% endirimlə əldə edə bilərlər. Bu təklif yerli müəssisələrə əmək məhsuldarlığını və investisiyaların rentabelliyini artırmaqda kömək etmək məqsədini daşıyır.

Microsoft Office 2010 Standard proqramı elektron sənəd və poçt ilə işləmək üçün bir çox rahat alətərləri ilə onu almış hər bir şirkətin sərəncamında olacaq. İstifadəçilərə yaxşı tanış olan Microsoft Word, Excel, PowerPoint və OneNote tərtibatlarına bir sıra yeni, təkmilləşdirilmiş funksiyalar daxil edilib ki, onlar internetə çıxışı olan hər bir yerdən və hər bir qurğudan məlumatların rahat əlçatımlığını təmin edirlər.

Bundan əlavə, Microsoft Office 2010 Standard versiyası real zaman rejimində sənədlərlə birgə işi təşkil etmək, sənədlərə edilən dəyişiklikləri görmək və son qərar verməzdən öncə sənədin yekun versiyasını nəzərdən keçirtmək imkanı verir.

Outlook proqramı əsasında fəaliyyət göstərən korporativ elektron poçt sistemi eyni mövzunu müzakirə edən məktubları vahid lentə birləşdirməklə və ona hətta messenger müzakirələrində və sosial şəbəkələrdə yazılmış oxşar mövzulu mesajları əlavə etməklə önəmli xəbərlərin heç birinin itməsinə yol vermir.

Microsoft Office Professional 2010 əhatəli və eyni zamanda istifadədə rahat bir tərtibatlar toplusudur. Bu paket işinizin məhsuldarlığını artırır və gündəlik vəzifələrin cəld və səmərəli icrasını təmin edərək doğrudan da mühüm işlərə - marketinqə, biznes məlumatının təhlilinə, hesabatların yazılmasına, müştərilər haqqında məlumatın emal edilməsinə səylərinizi yönəltməyə rəvac verir. Standard paketinin geniş üstünlüklərindən savayı, Microsoft Office Professional 2010 əlaqəli interaktiv məlumat bazaları idarəedilməsi sistemi olan Microsoft Access 2010 sisteminin təkmil proqramlaşdırma məntiqindən, BDC (biznes verilənlərin kataloqu), web-bazalar və şablonlar ilə inteqrasiya funksiyalarından yararlanmaq imkanı qazandıdır.

Qeyd edək ki, statistikaya görə, kiçik və orta müəssisələrin 30%-dən çoxu hələ də Microsoft Office 2003 və ya Microsoft ofis paketinin daha köhnə versiyalarından istifadə edir. Microsoft Azərbaycan şirkətinin hazırkı xüsusi təklifi texniki modernləşməni və yeni proqram təminatına keçidi minimal xərclər bahasına həyata keçirməyə çalışan şirkətlərə yönəlib. Microsoft Office 2010 paketləri belə müəssisələrə əmək məhsuldarlığını və investisiyaların rentabelliyini xeyli artırmağa kömək edəcək.

10-100 arası iş yerləri olan müəssisələr üçün Microsoft Office 2010 Standard və ya Microsoft Office 2010 Professional paketini 25% endirimlə almaq təklifi Open License proqramı daxilində 31 oktyabr 2012 il tarixində qədər qüvvədədir. Bu proqramın şərtlərinə uyğun olaraq, müəssisələr bu məhsullar onların kommersiya versiyalarından xeyli ucuz əldə bilirlər. İlk sifarişini yerləşdirəndən sonra, müştəri iki il ərzində hər hansı, hətta çox kiçik sifarişlərini edərək aldığı korporativ endirimdən yararlanır, cari versiya daxilində məhsulun təkmilləşmələrindən və yeni funksionallığından müyəssər olur. Bundan əlavə, Open License proqramı hər bir fərdi kompüter üçün lisenziya açarı kodunun əllə girilməsi əvəzinə vahid təsvir vasitəsilə sadələşdirilmiş quraşıdırmanı nəzərdə tutur, habelə mərkəzləşdirilmiş inzibatçılığı və kompüterlərin idarə edilməsini, lisenziyaların elektron idarəedilməsi vasitəsilə proqram təminatı resurslarının asan muhafizəsini və izlənilməsini təmin edir.

Microsoft Office 2010 Standard və Microsoft Office 2010 Professional paketlərinin satın alınmasına dair endirim və xüsusi təklif şərtləri barədə daha ətraflı məlumat almaq üçün Microsoft şirkətinin Azərbaycandakı tərəfdaşlarına (siyahı http://pinpoint.microsoft.com/en-AZ/companies/search?q istinadı ilə açılır) və ya (012) 437 38 00 telefonu ilə Microsoft-un yerli Azərbaycan nümayəndəliyinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti