...

"Ultel" ödənişlərini DəmirBank-ın saytında və filiallarında həyata keçirmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

DəmirBank-ın internet saytında və filiallarında artıq "Ultel" stasionar telefon (490, 496, 424, 465, 436, 480 ilə başlanan nömrələr) və "Ultel" ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür. Bankın plastik kart sahibləri "BillPay" onlayn ödəniş xidməti vasitəsilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

"DəmirBank" eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.

DəmirBank-ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn qaydada sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti