...

Azərbaycanda 19 yaşayış məntəqəsində 21 subartezian quyusu istifadəyə verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 17:59 (UTC +04:00)
2012-ci ilin 8 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının 19 kənd və qəsəbəsində əhalinin suya olan tələbatını ödəmək məqsədiilə "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında 21 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib.
Azərbaycanda 19 yaşayış məntəqəsində 21 subartezian quyusu istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

2012-ci ilin 8 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının 19 kənd və qəsəbəsində əhalinin suya olan tələbatını ödəmək məqsədiilə "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında 21 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, MMC-nin xidmət göstərdiyi ərazilərdə 48,5 km uzunluğunda paylayıcı su xətti çəkilib. Ümumilikdə görülmüş işlər nəticəsində 10 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.

Bunlarla yanaşı, Salyan rayonunun Xıdırlı kəndinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Kür-Bakı kəmərindən 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilib.

Zaqatala rayonunun Danaçı kəndinin su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 200 kubmetr tutumu olan su anbarı tikilib, polietilen borularla 5,6 km uzunluğunda magistral, 2 km uzunluğunda isə kənddaxili su xətləri çəkilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. İlkin mərhələdə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür.

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC ölkənin 54 rayonuna xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti