...

"NBC Bank"ın aktivləri 30 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 17:44 (UTC +04:00)
2012-ci il sentyabrın 1-nə olan statistik məlumatlara görə, "NBC Bank"ın aktivləri 30 faiz artıb.
"NBC Bank"ın aktivləri 30 faiz artıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

2012-ci il sentyabrın 1-nə olan statistik məlumatlara görə, "NBC Bank"ın aktivləri 30 faiz artıb.

"Bu göstərici sıravi vətəndaşların banka və təqdim edilən xidmətlərə etimadının artdığını təsdiqləyir", - bankdan Trend-ə verilən məlumatda deyilir.

"NBC Bank" 1992-ci il dekabrın 17-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Ruzi" səhmdar-kommersiya bankı kimi qeydiyyata alınıb. 2002-ci il yanvarın 17-də adı dəyişdirildikdən sonra fəaliyyətini "NBC kommersiya bankı" kimi davam etdirib.

Bankın Bakıda 7, regionlarda isə 4 filialı var.

"NBC Bank"ın təklif etdiyi bank xidmətləri ilə bağlı ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti