...

DəmirBank-ın daha bir müştərisi "Western Union" üzrə aksiyada xaricə səyahət paketi qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 10:49 (UTC +04:00)
DəmirBank-ın daha bir müştərisi "Western Union" sisteminin keçirdiyi "Heyrətləndirici dünya!" kampaniyasında xaricə səyahət paketi qazanıb.
DəmirBank-ın daha bir müştərisi "Western Union" üzrə aksiyada xaricə səyahət paketi qazanıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

DəmirBank-ın daha bir müştərisi "Western Union" sisteminin keçirdiyi "Heyrətləndirici dünya!" kampaniyasında xaricə səyahət paketi qazanıb.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycanın bir sıra banklarının qoşulduğu kampaniyanın 2-ci tirajında da 5 qalib müəyyən edilib və bunlardan 1 nəfəri DəmirBank-ın müştərisidir. Qaliblər seçdikləri istənilən ölkəyə turist paketi və ya hədiyyənin məbləğini nağd şəkildə əldə edə bilərlər.

Ümumilikdə 2 tirajdan ibarət kampaniya ərzində 10 qalib müəyyən olunub ki, onlardan da 4-ü DəmirBank-ın müştərisi olub.

DəmirBank-ın hazırda Bakı və regionlarda 31 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.

Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti