...

Uruqvay şirkətləri Azərbaycana maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 11:57 (UTC +04:00)
Uruqvay şirkətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.
Uruqvay şirkətləri Azərbaycana maraq göstərir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

Uruqvay şirkətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bazar ertəsi Bakıda Uruqvayın Gömrük Xidmətinin rəhbəri Enrike Kanon Pedraqoza məlumat verib.

Uruqvayın nümayəndə heyəti oktyabrın 6-dək Azərbaycanda olacaq.

Pedraqozanın sözlərinə görə, bu səfərdə məqsəd Azərbaycanla Uruqvay arasında əməkdaşlığın qurulmasıdır.

"Xüsusilə bu, qarşılıqlı ticarət həcmlərinin artırılmasına aiddir", - o, deyib.

Bazar ertəsi Uruqvayın nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsində görüş keçirib.

Xəbər lenti

Xəbər lenti