...

"Dəmirbank" faəliyyətinin 23 illiyini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 20:41 (UTC +04:00)
6 oktyabr tarixində "DəmirBank"-ın fəaliyyətinin 23 ili tamam olur.
"Dəmirbank" faəliyyətinin 23 illiyini qeyd edir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

6 oktyabr tarixində "DəmirBank"-ın fəaliyyətinin 23 ili tamam olur.

1989-cu ildə yaranan və uzun illər Azərdəmiryolbank adı ilə fəaliyyət göstərən DəmirBank hazırda ölkənin ilk və aparıcı banklarındandır.

Müstəqil Azərbaycanın iqtisadi inkişafı şəraitində "DəmirBank" fəaliyyətini genişləndirərək, hazırda müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı "25% + 1 səhm" və Hollandiya İnkişaf Maliyyə Şirkəti 10% səhm paketləri ilə təmsil olunurlar.

2004-cü ildə "DəmirBank" ölkənin özəl bankları sırasında ilk dəfə olaraq beynəlxalq reytinq alıb. "DəmirBank" hazırda Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinqlər üzrə proqnozlar isə bankın uğurlu inkişafını əks etdirir.

"DəmirBank" ölkədə ən geniş xidmət şəbəkəsinə malik banklardan biridir. Bankın hazırda 31 filialı fəaliyyət göstərir, bunlardan 13-ü Bakı şəhərində, 18-sı isə ölkənin digər regionlarında yerləşir. Son 2 ildə "DəmirBank" 10-dək filialını yeni ofislərə köçürüb və daha 2 filialın köçürülməsi nəzərdə tutulur. Bankın bir sıra filiallarında yeni interyer tərtibat standartları tətbiq edilib və bu proses hazırda davam edir.

"DəmirBank" kreditləşmə və ticarətin maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq təşkilatlarla, eləcə də dövlət proqramları üzrə Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir. DəmirBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə uyğun olaraq əmanətlərin sığortalanmasını təmin edir.

"DəmirBank" son illərdə bir çox mühüm strateji işlər həyata keçirir. Bank institusional inkişaf, korporativ idarəetmə, risklərin idarə edilməsi, daxili audit, marketinq fəaliyyəti, müştəri xidməti, kredit və digər əməliyyatlar, filial şəbəkəsi, informasiya texnologiyaları, insan resursları və digər sahələrdə mühüm işlər həyata keçirir.

"DəmirBank" Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq SAP for Banking proqram təminatını tətbiq edir. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə tətbiq edilən proqram Bankın fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına imkan verəcək. "DəmirBank" IT infrastrukturun müasir tələblərə uyğunlaşdırılması üçün "İT infrastrukturun yenilənməsi" layihəsini də həyata keçirib.

"DəmirBank" fəaliyyətinin 23 illiyi münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

Xəbər lenti

Xəbər lenti