...

Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi yükdaşımaların həcmini 50 milyon tonadək artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 14:30 (UTC +04:00)
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi çərçivəsində dəniz dibinin dərinləşdirilməsi işləri yekunlaşmaq ərəfəsindədir.
Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi yükdaşımaların həcmini 50 milyon tonadək artıracaq

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi çərçivəsində dəniz dibinin dərinləşdirilməsi işləri yekunlaşmaq ərəfəsindədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçuların peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, limanın quru hissəsində işləri yerli "Azərkörpü" şirkəti aparacaq. Əsas məqsəd layihəni 2014-cü ildə tamamlamaqdır. İlkin hesablamalara görə, layihənin dəyəri 500 milyon dollar olacaq.

Nazirin sözlərinə görə, hazırda həmçinin Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol xəttinin açılması çərçivəsində fəal işlər aparılır.

Gürcüstan hissəsində bu layihə üzrə işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır ki, bu da ilk iş vaqonunu Türkiyə sərhədinədək göndərməyə imkan verəcək.

Türkiyə tərəfində uzunluğu 76 kilometr olan yeni xəttin və Gürcüstan-Türkiyə sərhədində uzunluğu 4,2 kilometr olan tunelin yaradılması üzrə işlər aparılır.

Bakı-Tbilisi-Qars layihəsi üzrə işlər tam olaraq 2013-cü ilin ikinci yarısında başa çatacaq.

Ziya Məmmədov deyib ki, yeni dəhlizin üstünlüklərindən Çin, Qazaxıstan, Özbəkistan, Rusiya və Şimali Avropa ölkələri istifadə edə biləcəklər.

İlkin mərhələdə yeni marşrut üzrə yükdaşımaların həcmi 5 milyon ton, ikinci mərhələdə 10 milyon ton, yekun mərhələdə isə 15 milyon ton olacaq.

Layihənin başa çatması və yenidənqurma işləri üzrə ümumilikdə dəmiryol vasitəsilə yükdaşımaların həcmi 50 milyon tona çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti