...

Xaricdə təhsil almış azərbaycanlı gənclər üçün əmək yarmarkası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 17:08 (UTC +04:00)
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq, oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək.
Xaricdə təhsil almış azərbaycanlı gənclər üçün əmək yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq, oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün saat 11:00-dan 17:00-dək Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti