...

Dənizkənarı Milli Parkın genişləndirilməsi üzrə işlər 2013-cü ilədək başlaya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 19:11 (UTC +04:00)
Dənizkənarı Milli Parkın Zığ qəsəbəsi istiqamətində genişləndirilməsi üzrə işlərə cari ilin sonu, gələn ilin əvvəlində başlanıla bilər.
Dənizkənarı Milli Parkın genişləndirilməsi üzrə işlər 2013-cü ilədək başlaya bilər

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Dənizkənarı Milli Parkın Zığ qəsəbəsi istiqamətində genişləndirilməsi üzrə işlərə cari ilin sonu, gələn ilin əvvəlində başlanıla bilər.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Nazirlər Kabineti yanında Dənizkənarı Milli Park İdarəsinin rəisinin müavini Nazim Məcidov deyib.

"Hazırda bulvarın uzunluğu 6,5 kilometr, istirahət üçün nəzərdə tutulan bütün sahilyanı zolağın (Dəniz Vağzalından "Bakı Kristal Zalı"nadək) uzunluğu isə 14 kilometrdir. "Port Baku" kompleksi ilə üzbəüz yerləşən parkın bulvara aidiyyəti yoxdur, lakin bulvarın Nobel prospekti tərəfə genişləndirilməsi ilə park yəqin ki, Dənizkənarı Milli Parkın ərazisinə daxil ediləcək", - Məcidov bildirib.

Onun sözlərinə görə, hazırda bulvardan Dövlət Bayrağı Meydanı və "Bakı Kristal Zalı"nadək sahilyanı zolağın bir hissəsinin abadlaşdırılması üzrə işlər başa çatır.

"Bu sahədə işlər oktyabr-noyabrda başa çatacaq. Növbəti addım bulvarın Zığ qəsəbəsi tərəfə genişləndirilməsi olacaq. Əgər belə qərar olarsa, bu istiqamətdə işlər artıq cari ilin sonunda başlaya bilər. Birinci mərhələdə bulvarın "Amay" ticarət mərkəzinədək genişləndirilməsi nəzərdə tutulur. Bu işlər 2-3 il vaxt aparacaq", - Məcidov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti