...

Azərbaycanın şimalında yeni körpü tikiləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 12:52 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Quba avtomobil yolunun 161-ci kilometrliyindəki Ağçay çayı üzərindən yeni körpü tikəcək.
Azərbaycanın şimalında yeni körpü tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Quba avtomobil yolunun 161-ci kilometrliyindəki Ağçay çayı üzərindən yeni körpü tikəcək. Trend-in məlumatına görə, bu barədə çərçənbə axşamı ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, körpü həddindən artıq yüklənmiş iritonnajlı avtomobillərin intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüş köhnə körpünün yerində tikiləcək.

Uzunluğu 73,5 kilometr və eni səkkiz metr olan körpü 1973-cü ildə tikilib. Yeni körpü dörd aşırımlı tikiləcək.

"Körpünün istismar müddətinin başa çatdığını söyləmək mümkündür. Bundan başqa, həddindən artıq yüklənmiş iritonnajlı avtomobillərin intensiv hərəkəti nəticəsində körpü qəzalı vəziyyətə düşüb", - Mürsəliyev qeyd edib.

Köhnə körpünün sökülməsi və yenisinin tikintisi çərçivəsində avtomobillərin hərəkətinin təmin olunması üçün alternativ yol salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti