Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Axundov/
Əməkhaqqlarının, pensiyaların artırılması və digər sosial proqramlar son illərin dövlət büdcəsinin səciyyəvi hissəsidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
"Hesab edirəm ki, gələn illərdə də bu tendensiya davam edəcək", - Şərifov bildirib.
Nazirin sözlərinə görə, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi hazırdır və ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib.