...

İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibi Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 21:03 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin iqtisadi məsələlər üzrə dövlət katibi xanım Mari-Qabriel İneyhen-Fleyş ilə görüş keçirib.
İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin iqtisadi məsələlər üzrə dövlət katibi xanım Mari-Qabriel İneyhen-Fleyş ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə İneyhen-Fleyş 2011-ci ildə İsveçrə nümayəndə heyətinin tərkibində Azərbaycana səfərini məmnunluqla xatırlayıb və Azərbaycanın inkişafında əldə edilmiş əhəmiyyətli nailliyyətlərə görə təbrik edib. İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbəri Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında iqtisadi sahədə müsbət əməkdaşlığın mövcud olduğunu bildirərək, İsveçrə şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətindən məmnunluğunu ifadə edib. Bununla yanaşı, dövlət katibi ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətini, eləcə də iki ölkə arasında formalaşmış əməkdaşlığı yüksək qiymətləndirib.

İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən münasibətlər haqqında məlumat verən Zeynallı, Azərbaycanla İsveçrə arasında siyasi sahədə yaranmış tərəfdaşlığın iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını bildirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrə enerji bazarında artan roluna toxunan səfir, bu amilin həmçinin ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə xidmət etdiyini vurğulayıb.

Səfir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini ön plana çəkib və iqtisadi məsələlər üzrə dövlət katibini Azərbaycana işgüzar səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən dövlət katibi 2013-cü ildə həmin səfərin gerçəkləşdiriləcəyinə ümid bəsləyib.

Görüşdə, həmçinin ikitərəfli iqtisadi əlaqələr və Azərbaycanın Ümumdünya İqtisadi Təşkilatında üzvlüyə qəbul olunması prosesində yaranmış son vəziyyət ətrafında fikır mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti