...

Bakı-Tbilisi-Batumi-Trabzon avtomobil magistralı layihəsi çərçivəsində monitorinq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 14:09 (UTC +04:00)
Yunanıstanın "Egnatia ODOS S.A." şirkəti Bakı-Tbilisi-Batumi-Trabzon marşrutu üzrə avtomagistral layihəsinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində layihə öncəsi monitorinq keçirib.
Bakı-Tbilisi-Batumi-Trabzon avtomobil magistralı layihəsi çərçivəsində monitorinq keçirilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yunanıstanın "Egnatia ODOS S.A." şirkəti Bakı-Tbilisi-Batumi-Trabzon marşrutu üzrə avtomagistral layihəsinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində layihə öncəsi monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nəqliyyat Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Monitorinq yerli mütəxəssislərin iştirakı ilə keçirilib.

"Egnatia ODOS S.A." şirkəti Qara Dəniz Dairəvi Avtomagistralının Texniki Katibliyi funksiyalarını həyata keçirir.

Monitorinq avtomobil yollarının və yolkənarı yardımçı infrastrukturun mövcud vəziyyəti, sərhəd-keçid prosedurları və bu məqsədlə yaradılmış infrastruktur barədə məlumat əldə etmək və onların daha da inkişaf etdirilməsi və səmərəli təşkili ilə bağlı tövsiyələr hazırlamaq məqsədilə aparılıb.

Bakı-Tbilisi-Batumi-Trabzon marşrutunda Model Avtomagistral layihəsinin yaradılması təşəbbüsü Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) tərəfindən Böyük İpək Yolu üzrə beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi üçün daha səmərəli və təhlükəsiz şəraitin yaradılması məqsədilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti