...

Asiya İnkişaf Bankı Azərbaycanda yol tikintisi üçün I tranşı təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 18:26 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) yeni multitranş maliyyələşdirilməsi (MFF) çərçivəsində Azərbaycanda yol tikinisi (Second Road Network Development Investment Program - Yol şəbəkəsinin inkişafı üçün II investisiya proqramı) üçün ilk tranşı təsdiq edib.
Asiya İnkişaf Bankı Azərbaycanda yol tikintisi üçün I tranşı təsdiq edib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) yeni multitranş maliyyələşdirilməsi (MFF) çərçivəsində Azərbaycanda yol tikinisi (Second Road Network Development Investment Program - Yol şəbəkəsinin inkişafı üçün II investisiya proqramı) üçün ilk tranşı təsdiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, 250 milyon dollar həcmində olan tranş hesabına Masallı-Cəlilabad avtomobil yolunun 30 kilometrlik sahəsinin tikintisi maliyyələşdiriləcək. Bu yol Masallı-Şorsulu avtomobil magistralının bir hissəsidir. Bu vəsait hesabına, həmçinin proqramın həyata keçirilməsinə yardım üçün zəruri olan əlavə xərclər ödəniləcək. Bunlar tikintiyə nəzarət, planlaşdırma, alqı-satqı, layihənin hazırlanması və həyata keçirilməsini əhatə edən proqramın idarə edilməsidir.

Layihənin ümumi dəyəri 312 milyon dollar təşkil edəcək. Bu vəsaitdən 62 milyon dollar layihədə Azərbaycan hökumətinin iştirak payına düşür.

"Cənub dəhlizi" Azərbaycanın əsas nəqliyyat arteriyasıdır. "Cənub dəhlizi"nin mövcud yolu - Ələtdən Astarayadək (M3) olan yolun uzunluğu 240 kilometrdir və ikizolaqlıdır. Hazırda yol pis vəziyyətdədir ki, bu da yüksək nəqliyyat xərclərinə, malların uzun müddət çatdırılmasına və yol qəzalarına səbəb olur. Yolun nahamarlığı yüksəkdir və əsaslı təmirə ehtiyacı var", - bankın məlumatında deyilir.

Əvvəlki araşdırmalar göstərib ki, mövcud vəziyyətin yaxşılaşması yolun genişləndirilməsi nəticəsində sakinlərin köçürülməsinə səbəb ola biləcək problemlərin minimuma endirilməsi üçün yeni dördzolaqlı yolun yaradılmasını tələb edir.

"Cənub dəhlizi"nin yollarının yaxşılaşması İran ilə yol nəqliyyatını yaxşılışdıracaq ki, bu da ikitərəfli və tranzit ticarətin potensialını artıracaq, Bakı bazarlarına kənd təsərrüfatı məhsullarının çatdırılma xərclərini, səyahət vaxtını, xüsusən yerli əhali, ümumilikdə isə yol hərəkətinin bütün iştirakçıları üçün yükdaşımaların dəyərini azaldacaq", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti