...

Bakıda beynəlxalq marketinq üzrə seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 11:21 (UTC +04:00)
Bakıda beynəlxalq marketinqə həsr edilmiş seminar keçiriləcək. Trend-in məlumatına gögrə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Bakıda beynəlxalq marketinq üzrə seminar keçiriləcək

Azərbaycan, Bakı, 6 noyabr / Trend, müxbir C.Nəsibova /

Bakıda beynəlxalq marketinqə həsr edilmiş seminar keçiriləcək. Trend-in məlumatına gögrə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Seminar AZPROMO və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə 2012-ci il 7-8 noyabr tarixlərində Bakı Biznes Mərkəzində keçiriləcək.

Çoxsaylı müraciətlər nəzərə alınaraq seminarın proqramına ixrac prosesində bazar araşdırmalarının əhəmiyyəti, bazar araşdırmalarının əsasları, hədəf bazarların müəyyən edilməsi, "İncoterms" beynəlxalq daşıma şərtləri və ixrac üzrə bank ödənişləri kimi mövzular daxil edilib

Seminar Böyuk Britaniyadan dəvət edilmiş marketinq üzrə beynəlxalq ekspert Kristine Yonq və Bank Təlim Mərkəzinin mütəxəssisi İlkin Qarayev tərəfindən aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti